Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antalya Hava Limanı keçən ay 908 min sərnişinə xidmət göstərib

Antalya Hava Limanı keçən ay 908 min sərnişinə xidmət göstərib


Antalya Hava Limanı fevral ayında 908 min 822 sərnişinə xidmət göstərib.

Newscenter.az xəbər verir ki, bu barədə Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dövlət Hava Limanları İdarəsi (DHMİ) məlumat yaylb.

Statistikaya görə Antalya Hava Limanında daxili sərnişin dövriyyəsi yanvar ayında 417 min 804, beynəlxalq sərnişin axını isə 491 min 18 olub.

Fevral ayında Antalya Hava Limanında eniş və qalxan təyyarə trafiki 3321-i daxili, 3521-i beynəlxalq xətlər olmaqla, 6842-yə çatıb.

Həmin dövrdə yük (yük+poçt+baqaj) daşımaları 10020 ton olub.

Antalya Hava Limanı yanvar-fevral dövründə 1 milyon 905 min 224 sərnişinə xidmət göstərib. Təyyarələrin daşınması 14 min 840 ton, yük daşımaları isə 21 min 197 ton olub.

Anar Əliyev
Xəbəri paylaş