Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriyada nə baş verir?

Suriyada nə baş verir?


"Suriyada 2011-ci ildən bu yana baş verənləri Azərbaycanın gələcəyini, potensial riskləri anlamaq üçün mühüm hesab edirəm".

Newscenter.az xəbər verir ki, bunu politoloq Əmrah Cəfərov deyib. O bildirib ki, son günlərdə Suriyadan xoş olmayan xəbərlər gəlir:

"Heç kim Suriyadan İsveçrə qayırılacağını gözləmirdi. Bu olanlar aşağı-yuxarı təxmin ediləndir. Amma önəmli məqam budur ki, bu olanlar və olacaqlar niyə baş verir? Məsuliyyət kimin üzərindədir?

2011-ci ilə qədər Suriya “sabitçiliklə”, “çiçəklənməklə” məşğul idi. Kimsə desəydi ki, bu ölkədən İŞİD komandanları çıxacaq, başkəsən ordular yaranacaq, heç kəs ilk baxışda inanmazdı. Suriya niyə bu günə düşməyə məhkum oldu? Çünki, orada elə bir durum var idi ki, heç hökumət özü də bilmirdi ölkədə neçə potensial başkəsən var. Sistem hər şeyin üstünü örtəndən, bütün problemlər güc yolu ilə basdırılandan, seçki, vətəndaş cəmiyyəti sıradan çıxarılandan sonra nə gözləmək olardı? Kim Suriyanı xilas edəcəkdi? Axı, belə toplumlar heç bir fərdi və ya qrup təşəbbüsləri ortaya qoya bilmirlər. Bu bacarıqları lap bağçadan, məktəbdən məhv edilir. Hamı tapşırığa boyun əyməyə proqramlaşdırılır. Potensial liderlər öldürüləndə, həbslərdə çürüdüləndə, sürgün ediləndə sistem çalxalayan zaman ən qəddarlar, ən radikallar bu liderliyi əldə edir və tapşırıqları boyun əyməyə alışmış topluma diqtə etməyə başlayır. Buna heç çoxluq da lazım deyil. Məgər HTŞ Suriyada çoxluğun dəstəklədiyi idimi? Əlbəttə yox. Elə isə nə oldu?
Buna da cavab sadədir. Axı orda demokratiya, çoxluq rəyi, qrup təşəbbüsü yox idi. Yuxarıda da dediyim kimi, ən radikal azlıq hakimiyyəti ələ ala bildi. Gəlin, bunun da adını deyək: “Mütəşəkkil azlıq”.

Politoloq deyib ki, diktatorlar parazit kimi ölkələri içdən məhv edir, kənardan isə yaxşı göstərməyə çalışır.

Anar Əliyev
Xəbəri paylaş