Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Avrasiyanın aparıcı ticarət və logistika mərkəzinə çevrilmək istəyir

Qazaxıstan Avrasiyanın aparıcı ticarət və logistika mərkəzinə çevrilmək istəyir


Qazaxıstan Avrasiyada aparıcı ticarət və logistika mərkəzi olmaq istəyir.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu Qazaxıstan-Sloveniya biznes forumunda prezident Kasım-Jomart Tokayev deyib.

Onun sözlərinə görə, ötən il ölkədə iqtisadi artım 4,8 faiz səviyyəsində olub. Bu, proqnozlaşdırılan qlobal artımdan 1,5 dəfə yüksəkdir.

Ümumi daxili məhsul 288 milyard dollara çatıb.

Prezident qeyd edib ki, Qazaxıstan Avrasiya İqtisadi İttifaqı ölkələrində, Mərkəzi Asiya regionunda və Çində yaşayan 1,5 milyarddan çox istehlakçıya birbaşa çıxış təklif edə bilər:

"Ölkəmizin ərazisindən keçən il yükdaşımaların həcmi rekord həddə, yəni 514 tona çatıb. Hazırda Avropa ilə Çin arasında quru daşımaların 90 faizi Qazaxıstan tərəfindən həyata keçirilir. Ötən il Aktau və Kurık limanlarından daşınmış yüklərin həcmi 4,5 milyon tona çatıb. Bu, rekord göstəricidir".

Prezidentin sözlərinə görə, Qazaxıstan neftinin təxminən 70 faizi Avropa İttifaqına ixrac edilir. Kəşf edilmiş təbii qaz ehtiyatları 3 trilyon kubmetrdir. Kömür ehtiyatları 34 milyard ton təşkil etməklə ölkəmizi dünyada ilk onluğa daxil edir.

Mehman Mehdiyev
Xəbəri paylaş