
"Sahibsiz heyvanlarla bağlı mövcud qanunvericiliyə dəyişiklik edilməlidir".
Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Millət vəkili qeyd edib ki, bu gün şəhər və rayonlarda sahibsiz heyvanlarla bağlı çox ciddi problemlər mövcuddur:
"Düzdür, sahibsiz heyvanlarla bağlı əkrə şəhər və rayonlarda saxlanma yerləri mövcuddur. Ancaq hesab edirəm ki, həmin saxlanma yerlərinin daha da artırılması, onların fəaliyyətinin genişləndirilməsi zəruridir".
Millət vəkili deyib ki, sahibsiz heyvanların müntəzəm olaraq peyvəndlənməsi vacibdir:
"Bu müəyyən xəstəliklərin aradan qaldırılmasına da imkan verər".
Süleyman