
Qazaxıstanda uşaq dünyaya gətirmək istəyən ailələrə maddi yardım ediləcək.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Sosial Tibbi Sığorta Fondunun Almatı filialı məlumat yayıb.
Bildirilib ki, bu il Almatıda valideyn olmaq istəyən cütlüklərə 673 milyon tenge ayrılıb.
Bu vəsait sayəsində Sosial Sığorta Müəssisəsi çərçivəsində hamiləlik öncəsi hazırlıq zamanı konsultativ və diaqnostik yardım göstəriləcək.
Mehman Mehdiyev