Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qlobal sağlamlıq təhlükəsi: Yeni bakteriya aşkar edildi

Qlobal sağlamlıq təhlükəsi: Yeni bakteriya aşkar edildi


Ölümcül antibiotikə davamlı “super bakteriyalar” aşkarlanıb.

Newscenter.az xəbər verir ki, Malayziyanın Terengqanu şəhərindəki xəstəxanada yüksək dərəcədə antibiotikə davamlı və ölümcül Acinetobacter baumannii ştammı aşkar edilib. Alimlər sözügedən bakteriyaların qlobal miqyasda geniş yayılmış və xalq sağlamlığı üçün ciddi təhlükə yaradan GC2 ştammına aid olduğunu açıqlayıblar.

Tədqiqatçılar 2011-2020-ci illər arasında ərazidə toplanmış 126 bakteriya nümunəsini araşdırıblar. Nəticələr bakteriyaların bir sıra antibiotiklərə qarşı müqavimət göstərdiyini üzə çıxarıb.

Araşdırmanın nəticələri Microbial Genomics jurnalında dərc olunub. Beynəlxalq tədqiqat qrupu, tədqiq etdikləri nümunələrin 97%-nin antibiotik müqavimətini yaymaqdan məsul olan plazmid DNT-dən ibarət olduğunu bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş