Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi iradə olduqda, istənilən əlaqə uğurla inkişaf etdirilə bilər

Siyasi iradə olduqda, istənilən əlaqə uğurla inkişaf etdirilə bilər


"Səfərlər vasitəsilə qurulan birbaşa dialoq, qarşılıqlı maraqların daha aydın ifadə olunmasına və yeni təşəbbüslərin formalaşmasına şərait yaradır. Siyasi iradə olduqda, istənilən əlaqə uğurla inkişaf etdirilə bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Ləman Məmmədova Almaniya prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. O deyib ki, belə səfərlər sadəcə rəsmi protokollarla məhdudlaşmır:

"Onlar iqtisadi, mədəni, humanitar və elmi əlaqələrin də canlanmasına səbəb olur. Yeni sazişlərin imzalanması, ortaq layihələrin reallaşdırılması və qarşılıqlı sərmayələrin təşviqi kimi nəticələr, səfərin konkret və davamlı təsirlərini ortaya qoyur. Bu isə uzunmüddətli əməkdaşlıq üçün sabit zəmin formalaşdırır".

Ləman Məmmədova deyib ki,bu səfər, sadəcə bir tarixi hadisə deyil, həm də gələcəyə atılmış strateji addım kimi qiymətləndirilir.

Anar Əliyev
Xəbəri paylaş