
Türkiyə dünyanın 7-ci ən böyük kənd təsərrüfatı istehsalçısıdır.
Newscenter.az xəbər verir ki, bunu ölkənin xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib. O bildirib ki, Dünya Bankının məlumatlarına əsasən, Türkiyə bu sahədə Avropada birinci yerdədir.
İqtisadi təhlükəsizliyin milli təhlükəsizliyin mühüm elementi olduğunu bildirən Şimşək, iqtisadi təhlükəsizliyin ən mühüm ölçüsünün ərzaq təminatının təhlükəsizliyi olduğunu və buna görə də kənd təsərrüfatının strateji bir sektor olaraq önə çıxdığını bildirib.
Şimşək, kənd təsərrüfatı sektoruna güclü dəstək verdiklərinə diqqət çəkərək, "Bu sektoru prioritetləşdirməyə davam edəcəyik. Səmərəlilik baxımından kənd təsərrüfatında suvarma və texnologiya kimi bütün mövzulara üstünlük verdik. Büdcə praktikalarımızı yalnız sözlə əsaslandırmırıq",-deyə vurulayıb.
Mehman Mehdiyev