Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və ABŞ ictimai xadimləri Putin və Trampa məktub göndərəcək

Rusiya və ABŞ ictimai xadimləri Putin və Trampa məktub göndərəcək


Rusiya və ABŞ ictimai xadimləri Putin və Trampa məktub göndərəcək.

Newscenter.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Moskvadakı Amerika Universitetinin prezidenti Edvard Lozanski bildirib ki, məktubda Amerika və Sovet qoşunlarının Elbada görüşünün 80 illiyi şərəfinə bəyanat imzalamaq çağırışı yer alacaq.


"İndi biz iki prezidentə görüşmək üçün müraciət etmək istəyirik. Görüş üçün ideal vaxt mayın 9-u Moskvadadır. Mən hamımızı iki prezidentə, ilk növbədə, prezident Trampa müraciət etməyə çağırıram ki, mayın 9-da Moskvaya gəlsin. Artıq müxtəlif ölkələrdən bir çox liderlər gəlməyi planlaşdırır və Tramp mayın 9-da Moskvaya gəlsəydi, çox yaxşı olardı",-deyə Edvard Lozanski bildirib.


Müraciət müəllifləri II Dünya Müharibəsində nasizm üzərində qələbədə Qırmızı Ordunun rolunu xatırladıblar. Tarixi paralellər apararaq, Rusiya ilə ABŞ arasında yaxşı münasibətlərin bu gün əldə edilə biləcəyini vurğulayıblar. Eyni zamanda, iki ölkədəki ictimai hərəkatların ümumi tarixini qorumaq üçün fəaliyyətinin vacibliyini qeyd etdilər.

Anar Əliyev
Xəbəri paylaş