Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çay ixracından 6,2 milyon dollar gəlir əldə edilib

Çay ixracından 6,2 milyon dollar gəlir əldə edilib


Türkiyən 3 aylıq çay ixracatından 6 milyon 206 min 512 dollar gəlir əldə edib.

Newscenter.az Şərqi Qara Dəniz İxracatçılar Birliyinə (DKİB) istinadən xəbər verir ki, Türkiyədən yanvar-mart ayları arasında Belçika başda olmaqla 91 ölkəyə, muxtar və azad zonalara çay ixrac edilib.

Bu çərçivədə ilin birinci rübündə ölkədən 1083 ton çay ixrac olunub. Hesabat dövründə Belçika, Böyük Britaniya və ABŞ çay ixrac edilən ilk üç ölkə olub.

Yanvar-mart dövründə Türkiyədən Belçikaya 1 milyon 550 min 57 dollar, Böyük Britaniyaya 1 milyon 112 min 435 dollar, ABŞ-a isə 472 min 601 dollar çay ixracatı həyata keçirilib.

Ötən ilin eyni dövründən fərqli olaraq, bu dövrdə ölkədən çay ixracı İtaliya, İordaniya, Oman, Meksika, İspaniya, Papua Yeni Qvineya, Yunanıstan, Seyşel adaları, Zambiya, Baham adaları, Mərakeş, Mozambik və Nigerə də həyata keçirilib.

Mehman Mehdiyev
Xəbəri paylaş