
Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi (PPK) Mərkəzi Bankın sədri Fatih Karahanın sədrliyi ilə toplanıb.
Newscenter.az Türkiyə Mərkəz Bankına istinadən bildirir ki, Siyasəti Komitəsi (Komitə) siyasət faizi olan bir həftəlik uçot dərəcəsinin faizini 350 baza bəndi artıraraq 46 faizə çatdırıb.
İdarə Heyəti həmçinin Mərkəzi Bankın overnayt kreditləşmə dərəcəsini 46 faizdən 49 faizə, overnayt borclanma dərəcəsini isə 41 faizdən 44,5 faizə qaldırıb.
Mehman Mehdiyev