
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev növbəti səyyar qəbulunu rayonun Tanrıqulular kənd sakinləri ilə keçirib.
Newscenter.az xəbər verir ki, səyyar qəbulda Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, xidmət sahələrinin rəhbərlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra Hakimiyyətinin Başçısı tərəfindən vətəndaşların müraciətləri, istək və təklifləri dinlənlənilmiş, səsləndirdirilən məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Həlli vaxt tələb edən müraciətlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verilib.
Süleyman