
Milli Məclisin deputatı İlham Məmmədov 2025-ci ilin aprel ayı üçün vətəndaş qəbulu cədvəlinə uyğun olaraq YAP Yevlax Rayon Təşkilatının inzibati binasında vətəndaşları qəbul edib.
Newscenter.az xəbər verir ki, görüşdə Milli Məclisin deputatı İlham Məmmədov və YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov iştirak edib.
İlham Məmmədov vətəndaşların hər birini ayrı-ayrılıqda dinləyərək, yerində həll olunan problemlerin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirib. Eyni zamanda vətəndaşları narahat edən digər problemlərin həlli istiqamətində köməklik göstərilməsinə çalışacağını qeyd edib. Yerində həll olunması mümkün olmayan digər müraciətlər isə nəzarətə götürülüb.

Deputat seçicilərlə görüşdə möhtərəm Prezident İlham Əliyevin ali rəhbərliyi ilə Azərbaycan xalqının və dövlətinin maraqları naminə həyata keçirilən güclü siyasətdən bəhs edərək, diqqətə çatdırıb ki, bu gün ölkəmiz saysız-hesabsız uğurlara imza atmaqla böyük inkişaf yolu keçməkdədir. Dövlət siyasətinin prioritet istiqamətlərindən biri də məhz vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması məsələsidir.

Görüşdə iştirak edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevə və Birinci vitse-prezident, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq hissini ifadə ediblər.

Süleyman