Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyaya 2,6 mindən çox repatriant gəlib

Rusiyaya 2,6 mindən çox repatriant gəlib


2024-cü ildə Rusiyaya 2,6 mindən çox repatriant gəlib.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Bildirilib ki, söhbət prezident Putinin “Ənənəvi rus mənəvi-əxlaqi dəyərlərini bölüşən şəxslərə humanitar yardım göstərilməsi haqqında” fərmanı çərçivəsində köçən əcnəbilərdən gedir,

Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova qeyd edib ki, fərman çərçivəsində daxili işlər orqanları Rusiya Federasiyasında müvəqqəti yaşamaq məqsədilə icazə almaq üçün artıq 1100-ə yaxın müraciəti qəbul edib. Bunlar əsasən Avropa İttifaqı, ABŞ və Kanada vətəndaşlarıdır.

Rusiya Federasiyası Dövlət Şurasının müvafiq komissiyasının sədri, Kaluqa vilayətinin qubernatoru Vladislav Şapşanın sözlərinə görə, əcnəbilərin köçürülməsi məsələsi ölkənin iqtisadi inkişafı üçün resursdur və insan kapitalını gücləndirmək imkanıdır.

"Bu bütün maraqlı tərəflərin - federal, biznes qurumlarının, regionların əlaqələndirilmiş işi bizə Rusiya dəyərlərini bölüşən və ərazilərimizdə tələbat olan yüksək ixtisaslı mütəxəssisləri ölkəyə cəlb etməyə imkan verəcək", - deyə o vurğulayıb.

Mehman Mehdiyev
Xəbəri paylaş