
Qaqauziya Moldovanın 9 Mayı Avropa Günü kimi qeyd etmək qərarına əməl etmək niyyətində deyil.
Newscenter.az TASS-a istinadən bildirir ki, Qaqauz Muxtar Vilayətinin hakimiyyəti Moldova hökumətinin Qələbə günü şərəfinə bayram tədbirlərinə hazırlıq barədə məlumat verərək, 9 may tarixini Avropa Günü kimi qeyd etmək qərarına əməl etməyəcəyini bəyanlayıb. Bunu muxtar qurumun İcraiyyə Komitəsi sədrinin birinci müavini İlya Uzun brifinqdə deyib.
"Bizim üçün 9 May Böyük Qələbə günüdür. Onu Qaqauz Muxtariyyətinin bütün ərazisində təntənəli şəkildə qeyd edəcəyik", - deyə Uzun bildirib.
Mehman Mehdiyev