
Özbəkistan yaxın illərdə mis istehsalını üç dəfə artırmağı planlaşdırır.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu Daşkənddə keçirilən Enerji Həftəsində energetika naziri Jurabek Mirzamahmudov bildirib.
Onun sözlərinə görə, müvafiq layihələr icra mərhələsindədir. Məqsəd təkcə istehsalı artırmaq deyil, həm də yüksək əlavə dəyərə malik məhsulların istehsalına nail olmaqdır.
Nazir qeyd edib ki, litium, fosfat və digər mühüm faydalı qazıntı yataqlarında da geoloji kəşfiyyat işləri aparılır:
"Bu, bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir - sənayenin inkişafı və eyni zamanda, istehsal enerji sektoru ilə sıx əlaqədə inkişaf etməlidir”, - deyə Mirzəməhmudov bildirib.
Süleyman