Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Orta Asiyanın 3 ölkəsi prinsipial məsələdə razılaşdı

Orta Asiyanın 3 ölkəsi prinsipial məsələdə razılaşdı


Qazaxıstan, Özbəkistan və Qırğızıstanın energetika və su ehtiyatlarına cavabdeh nazirlərinin üçtərəfli görüşündə enerji obyektlərinin iş rejimləri və yayda Sırdərya çayı hövzəsində suyun paylanması proseduru razılaşdırılıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, razılıq Daşkənddə keçirilən Beynəlxalq Enerji Forumunda əldə edilib.

Protokolun imzalanması üç ölkənin su ehtiyatlarının balansının və Mərkəzi Asiyanın enerji sistemlərinin stabil işləməsinin təmin edilməsinə yönəlmiş davamlı əməkdaşlığı çərçivəsində mühüm addım hesab edilir.

Görüş zamanı tərəflər bir sıra uzunmüddətli strateji layihələr üzrə məsləhətləşmələrin gedişini də müzakirə ediblər. O cümlədən Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında Kəmbər-Ata SES-1-in tikintisi üzrə danışıqların davam etdirilməsi razılaşdırılıb.

Fuad
Xəbəri paylaş