
Türkiyədə bu ilin ilk rübündə işsizlik səviyyəsi əvvəlki rüblə müqayisədə 0,4 bənd azalaraq 8,2 faiz olub.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, bu dövrdə işsizlərin sayı 2 milyon 884 min nəfər təşkil edib.
Müvafiq olaraq, 15 və yuxarı yaşda olan işsizlərin sayı 2025-ci ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 183 min nəfər azalaraq 2 milyon 884 min nəfərə çatıb. İşsizlik səviyyəsi kişilər üçün 6,6%, qadınlar üçün isə 11,2% təşkil edib.
2025-ci ilin birinci rübündə məşğul əhalinin sayı əvvəlki rüblə müqayisədə 266 min nəfər azalaraq 32 milyon 389 min nəfərə, məşğulluq səviyyəsi isə 0,5 bənd azalaraq 48,9%-ə çatıb. Bu göstərici kişilərdə 66,3 faiz, qadınlarda 31,9 faiz təşkil edib.
Cavid İmaməliyev