
Türkiyə daxilində mənzil satışları aprel ayında əvvəlki ilin eyni ayına görə 56,6 faiz artaraq 118 min 359-a çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, aprel ayında 119 minə yaxın ev satılıb.
Ən çox ev satışı olan şəhərlər 18 645 ilə İstanbul, 10 889 ilə Ankara və 7 014 ilə İzmir, ən az satılan şəhərlər isə 37 ilə Ardahan, 75 ilə Tunceli və 88 ilə Bayburt olub.
Türkiyədə ilk əldən mənzil satışlarının sayı aprel ayında əvvəlki ilin eyni ayına görə 43,8 faiz artaraq 34 min 633-ə çatıb. İlkin mənzil satışının ümumi mənzil satışlarında payı 29,3% təşkil edib. İlk əldən ev satışları yanvar-aprel dövründə əvvəlki ilin eyni dövrünə görə 19,7 faiz artaraq 134 min 509-a çatıb.
Cavid İmaməliyev