Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazanxana ilə binalar arasında məsafənin yaxın olması təhlükəli anlar yaşadır

Qazanxana ilə binalar arasında məsafənin yaxın olması təhlükəli anlar yaşadır


Bir sıra hallarda qazanxanalarla yaşayış binaları arasında məsafənin yaxın olması təhlükəli anlar yaşadır.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. Millət vəkili deyib ki, bu səbəbdən paytaxt Bakıda bir neçə dəfə arzuedilməz hallar baş verib:

"Deputat seçildiyim Xətai rayonunda da belə hallar mövcuddur. Bununla bağlı seçicilər tərəfindən çoxsaylı müraciətlər daxil olub. Hətta bir müddət əvvəl baş vermiş xoşagəlməz hadisədən yaşayış mənzili yararsız hala düşüb".

Millət vəkili hesab edir ki, qeyd edilən problemin aradan qaldırılması məqsədilə lazımı işlər görülməlidir.

Süleyman
Xəbəri paylaş