Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidan Macarıstana gedir

Hakan Fidan Macarıstana gedir


Türkiyənin xarici işlər naziri Hakan Fidan TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi toplantısında iştirak etmək üçün Macarıstana gedib.

Newscenter.az nazirliyə istinadən bildirir ki, Hakan Fidan prezident Rəcəb Tayyib Ərdoğanı Türk Dövlətləri Təşkilatının (TDT) Qeyri-rəsmi Zirvə Toplantısında müşayiət edəcək.

Fidan iclasda çıxışı zamanı beynəlxalq sistemin sülh, sabitlik və ədaləti təmin etməkdə çətinlik çəkdiyi bir vaxtda TDT-nin mühüm rolundan danışacaq.

Fidan TDT-nin təşkilati potensialını və imkanlarını gücləndirməyi, o cümlədən nəqliyyat, enerji və davamlı inkişaf sahələrində əməkdaşlığı artırmağı hədəflədiklərini bildirəcək.

Qeyd edək ki, mayın 21-də keçiriləcək Budapeşt Zirvə Toplantısında Bişkek Zirvəsi qərarları istiqamətində atılan addımların hərtərəfli müzakirə ediləcəyi və xarici dünyaya güclü birlik mesajının veriləcəyi gözlənilir.

Anar Əliyev
Xəbəri paylaş