
"Rusiya -Ukrayna arasında gözlənilən danışıqların ikinci raundunun başlanması fonunda Moskva Kiyevə qarşı yeni cəbhə açıb. Xüsusilə Xarkov və Sumı vilayətinə intensiv yay hücumlarını genişləndirib. Bu hücumlarda məqsəd danışıqlarda üstünlük əldə etmək və Qərbi fakt qarşısında qoymaqdır".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əasədullazadə səsləndirib. O deyib ki, D. Trampın Putin haqqında sərt ifadələr işlətməsi, sanksiyalarla hədələməsina baxmayaraq Rusiyanın müəyyən şərtləri ilə razılaşdığının mesajı verilir:
"Məhz Rusiya da hücumları intensivləşdirərək, ABŞ və Ukraynaya təzyiq etməyi planlaşdırır. İstanbulda danışıqlar baş tutarsa, yenidən nəticəsiz olacaq. Çünki, Rusiya cəbhədə üstünlük əldə edərək, danışaqlar masasında güzəştsiz mövqe ortaya qoyacaq".
Politoloqun sözlərinə görə, Trampın Ukraynaya Rusiya ilə anlaşma əldə etmək üçün təzyiqlər etməsi istisna deyil:
"Danışıqların ikinci raundu baş tutarsa, nəticəsiz olacaq. ABŞ indiki siyasətini davam etdirməklə Rusiyaya təzyiq etməyəcək. Rusiya hücumları intensivləşdirərək Xarkovu işğal edə bilər. ABŞ prezidenti D. Tramp Rusiya ilə konfrontrasiyaya getmək istəmir. V. Putin bundan istifadə edərək, Ukraynada işğalı genişləndirir".
Anar Əliyev