
Minskdə Aİİ ilə BƏƏ arasında imzalanmış azad ticarət sazişinə əsasən, Qazaxıstan mallarının 85 faizini BƏƏ-yə rüsumsuz göndərə bilər.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, malların 85%-ni ət, taxıl, süd məhsulları, yumurta, bal, lobya, un, dənli bitkilər, bitki yağı, şokolad, metallurgiya məhsulları və s. təşkil edəcək.
Qeyd edək ki, 2025-ci ilin ilk üç ayında Qazaxıstan və BƏƏ arasında ticarət dövriyyəsi 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 50% artaraq 55,6 milyon dollara çatıb.
Həmçinin, Monqolustanla 3 il müddətinə müvəqqəti müqavilə imzalanıb. 2025-ci ilin ilk üç ayında Qazaxıstan və Monqolustan arasında ticarət dövriyyəsi 30 milyon dollar təşkil edib.
Mehman Mehdiyev