Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın Türk Dövlətləri Təşkilatının ÜDM-də payı artıb

Özbəkistanın Türk Dövlətləri Təşkilatının ÜDM-də payı artıb


Özbəkistanın Türk Dövlətləri Təşkilatının (TDT) ÜDM-də göstəricisi 2024-cü ildə 5,5 faiz təşkil edib.

Newscenter.az xəbər verir ki, “Türk Dövlətlərinin İqtisadiyyatı - 2024” analitik nəşrində bu barədə qeyd edilib.

Bildirilib ki, Özbəkistanın TDT ölkələrinin ümumi ÜDM-ə töhfəsi 2010-cu ildəki 49,8 milyard dollardan 115 milyard dollara yüksəlib.

Nəşrdə o da qeyd edilib ki, ÜDM strukturu şaxələndirilib, kənd təsərrüfatı iqtisadiyyatın təxminən 18,3 faizini təşkil edir.

Analitiklər şəxsi istehlak, investisiyalar, pul köçürmələri, tikinti, pərakəndə ticarət və mədənçıxarma sahələrində aktivliyin artması ilə bağlı sabit artım tendensiyasının mövcudluğunu qeyd ediblər.

Süleyman
Xəbəri paylaş