Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"XIX əsr İrəvan mətbəxi" kitabı hazırlanır

"XIX əsr İrəvan mətbəxi" kitabı hazırlanır



"Hazırda 19-cu əsr İrəvan mətbəxi kitabı üzərində iş gedir".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov deyib. O bildirib ki, ermənilər zaman-zaman Azərbaycanın milli-mədəni dəyərləri, mədəniyyəti, adət-ənənələrimizə, mətbəximizə sahib çıxmaq istəyib:

"Biz də bu kimi nəşrlərlə erməni yalanlarını ifşa etmək, əsl həqiqətləri üzə çıxarmaq istəyirik".

Tahir Əmiraslanov deyib ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də dediyi kimi biz o torpaqlara qayıdacağıq:

"Hesab edirəm ki, bu kimi nəşrlər də həmin qayıdışa hazırlığın bir parçasıdır və bu istiqamətdə işlər davam etməlidir".

Mehman Mehdiyev
Xəbəri paylaş