
Türkiyənin paytaxtı Ankara şəhəri 2026-cı il Türk Dünyası Turizm Paytaxtı seçilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə AK Partiya sədrinin müavini və Türk Dövlətləri ilə Əlaqələr rəhbəri Kürşad Zorlu məlumat verib. O deyib ki, Ankaranın 2026-cı il Türk Dünyası Turizm Paytaxtı seçilməsi artıq təsdiqini tapıb.
“Bu münasibətlə Mədəniyyət və Turizm Nazirimiz Mehmet Nuri Ersoya, Türk Dövlətlərinin Turizm nazirlərinə və Türk Dövlətləri Təşkilatının baş katibi Kuban Omurəliyevə təşəkkür edirəm”, -deyə o, bildirib.
Kürşad Zorlu deyib ki, indi 2026-cı ildə sərmayəmizi turizmdə birlikdə gücləndirəcək layihələr və fəaliyyətləri həyata keçirməyin zamanıdır.
Süleyman