Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ATUİAB və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlığa başlayır

ATUİAB və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlığa başlayır


Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi (ATUİAB) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə əməkdaşlığa başlayır.

Bu barədə məlumat Newscenter.az-a ATUİAB-dan daxil olub. Bildirilib ki, əməkdaşlığın əsas məqsədi Türkiyə və Mərkəzi Asiya ölkələrindəki startapların Azərbaycanda rəsmi qeydiyyatına dəstək olmaq, onların yerli və xarici sponsorlarla əlaqələndirilməsi, İnnovativ layihələrin Azərbaycan ekosisteminə inteqrasiyasını təmin etməkdir.

Eyni zamanda regiondakı ideya sahiblərinə beynəlxalq bazarlara çıxış imkanı yaratmaqdır.

ATUİAB-dan bildirilib ki, bu əməkdaşlıq həm Azərbaycan startap mühitinə, həm də region ölkələri ilə iqtisadi-təknoloji inteqrasiyaya yeni nəfəs gətirəcək.

Süleyman
Xəbəri paylaş