
Özbəkistan Respublikasının Millətlərarası Münasibətlər və Xaricdəki Soydaşlar Məsələləri Komitəsinin sədri Kaxraman Sariev və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, ölkəmizin Özbəkistandakı səfirliyinin birinci katibi Vüqar Məmmədov arasında görüş keçirilmişdir.
Newscenter.az xəbər verir ki, görüşdə bildirilmişdir ki, xalq diplomatiyası bu gün dövlətlər və xarici tərəfdaşlar arasında etimadın, qarşılıqlı anlaşmanın və əməkdaşlığın möhkəmləndirilməsinin effektiv vasitəsi kimi getdikcə daha çox əhəmiyyət kəsb edir. Azərbaycanı və Özbəkistan çoxəsrlik qohumluq əlaqələri, ümumi tarixi, mədəniyyəti və mənəvi dəyərləri ilə birləşdirən xalqlardır. Söhbət zamanı iki dövlət liderlərinin siyasi iradəsi sayəsində Özbəkistan ilə Azərbaycan arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığı, müttəfiqlik, qarşılıqlı etimad və hörmət əsasında möhkəmləndiyi vurğulanıb.
Danışıqların yekunlarına əsasən təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsi, birgə tədbir və layihələrin həyata keçirilməsi və s. təkliflər irəli sürülmüş, müvafiq razılaşmalar əldə edilmişdir.
Süleyman