
Qazaxıstanda bu ildən fövqəladə halların aradan qaldırılmasında iştirak edən yanğınsöndürənlər və mütəxəssislərə mənzil pulu veriləcək.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bununla bağlı ölkə prezidenti müvafiq qanunu imzalayıb. Nazirlik isə normativ hüquqi aktların hazırlanmasına başlayıb.
Normativlərə əsasən yaxın bir-iki ayda mənzil müavinətləri verilməyə başlanacaq.
Qanuna görə, mənzil müavinəti fövqəladə halların və fəlakətlərin aradan qaldırılmasında iştirak edən mütəxəssislərə, o cümlədən yanğınsöndürənlərə və onların ailə üzvlərinə verilir. Xüsusilə, beş nəfərlik bir ailə üçün maksimum ödəniş 90 kvadratmetrə qədərdir. Evin icarə müddəti 8 ildir. Mənzil ödənişinin isə yalnız üç məqsəd üçün xərclənməsinə icazə verilir.
Bunlar, mənzil almaq, ev kirayəsi və ipoteka üçün pul qənaət etməkdən ibarətdir.
Mehman Mehdiyev