
Qazaxıstanda hər beşinci məhsul 5 ildən sonra onlayn alınacaq.
Newscenter.az "Sputnik Qazaxıstan" istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi məlumat verib.
Nazirliyin elektron və birja ticarəti departamentinin direktoru Qaliya-Banu Meirbayeva qeyd edib ki, rəqəmsal həllərin tətbiqi xarici ticarət əməliyyatlarının səmərəliliyini əhəmiyyətli dərəcədə artıracaq və müştərilərə xidmət keyfiyyətini yüksəldəcək.
Onun sözlərinə görə, Qazaxıstan elektron ticarət sektorunda əhəmiyyətli artım nümayiş etdirib. Son beş ildə elektron ticarətin həcmi yeddi dəfə artaraq 3,2 trilyon tengeyə çatıb ki, bu da pərakəndə ticarətin ümumi həcminin 14,1 faizini təşkil edir.
Mehman Mehdiyev