
İstanbul Sabiha Gökçen Beynəlxalq Hava Limanı 157 630 sərnişinə xidmət göstərərək, sərnişin və uçuş trafikində yeddi rekord qırıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, həmçinin sərnişin və reyslərin ümumi sayı, eləcə də beynəlxalq gələn və gedən sərnişinlər, gəlişlər, ümumi beynəlxalq reyslər və sərnişinlər üzrə də rekordlar müəyyən edilib.
Beynəlxalq uçuş məlumatları üçün sonuncu dəfə iyulun 20-də əldə edilən rekordlar dünən yeniləndi. Müvafiq olaraq, beynəlxalq səviyyədə gələnlərin sayı 43.864-dən 44.446-ya, reyslərin sayı isə 234-dən 237-yə yüksəlib. Beynəlxalq səviyyədə yola düşən sərnişinlərin sayı da 41.969-dan 43.499-a yüksəlib. Beynəlxalq uçuşların ümumi sayı da 475-ə çatıb.
Anar Əliyev