
Türkiyədə pomidor ixracı 6 ayda 95,8 milyon dollar gəlir gətirib.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Türkiyə bu ilin yanvar-iyun ayları arasında 93 ölkəyə 31 min 589 ton quru pomidor satıb.
Bu dövrdə pomidor ixracatında ABŞ 22.671.000 dollarla liderlik edir, onu 14.491.000 dollarla İtaliya və 10.899.000 dollarla Böyük Britaniya izləyir.
Pomidorlar Avropa və ABŞ-da makaron, pizza, salat və hamburgerlərdə məşhurdur.
Anar Əliyev