Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İctimai iaşə xidmətləri 13% bahalaşıb

İctimai iaşə xidmətləri 13% bahalaşıb


Qazaxıstanda ictimai iaşə obyektlərində qiymətlər artıb.

Newscenter.az Finprom.kz-a istinadən xəbər verir ki, Milli Statistika Bürosu bu barədə məlumat açıqlayıb.

Məlumata görə, iyun ayında yeməkxanalarda nahar 2,2%, restoran yeməkləri 2,1%, fast food 1,7% bahalaşıb.

O cümlədən, Astanada iaşə xidmətlərinin qiyməti bir ayda 4,3% artıb. Mangistau, Ulytau və Şimali Qazaxıstan vilayətlərində isə qiymətlər bir qədər azalıb.

İllik dinamika baxımından ən yüksək artım 23 faizlə Qaraqanda vilayətində qeydə alınıb.

Anar Əliyev
Xəbəri paylaş