Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazirlik yeni qrant müsabiqəsi elan etdi

Nazirlik yeni qrant müsabiqəsi elan etdi


Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yeni biznes ideyalarının həyata keçirilməsi üçün qrantlar üçün müraciətlərin qəbuluna başlayıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, müraciətlərin qəbulu avqustun 11-dən başlayacaq.

İkinci turda respublika üzrə 4873 nəfərə qrant verilməsi nəzərdə tutulur.

Qrantlar geri qaytarılmayan əsaslarla veriləcək, məqsəd yeni biznesə başlamaq və inkişaf etdirməkdir.

Qrantın məbləği 400 AEC (1 572 800 tenge) təşkil edir. Hər bir iştirakçı onu yalnız bir dəfə ala bilər.

Qrant vəsaitləri sahibkar olmaq istəyənlərə öz biznes potensiallarını kəşf etməyə, istehsal qurmağa və inkişaf etdirməyə, bununla da özlərini sabit gəlirlə təmin etməyə imkan verir.

Mehman Mehdiyev
Xəbəri paylaş