
Azərbaycan Qazaxıstanda kurort zonası yaradacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Abay rayon icra başçısının mətbuat xidmətinin məlumatına görə, rayonun rəhbəri Berik Uali Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel və azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.
Nümayəndə heyəti Alakol sahilində beynəlxalq səviyyəli sağlamlıq kurortunun tikintisini təklif edərək investisiya layihəsini təqdim edib.
Bu turizm obyekti Alakolda ilboyu fəaliyyət göstərəcək və eyni vaxtda 800 nəfərə qədər insanı qəbul edə bilər.
Layihənin investisiya həcmi 20 milyon ABŞ dollarıdır. Kompleks istifadəyə verildikdə 200-ə yaxın yeni iş yeri açılacaq. Bundan əlavə, bu layihə rayonun turizm cəlbediciliyini, yerli büdcəyə daxil olan vergilərin həcmini artıracaq, tibb və istirahəti birləşdirən yeni klaster yaradacaq.
Süleyman