
"İki ərəb mənşəli turistin adekvat olmayan hərəkəti, sosial şəbəkələrdə kütləvi surətdə irqçı fikirlərin tirajlanmasına gətirib. Bu yolverilməzdir, həm də məsuliyyət yaradır".
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib. O deyib ki, Azərbaycanın Konstitusiyası hər cür ayrı-seçkiliyi qadağan edir:
"Cinayət Məcəlləsinin 283-cü maddəsində belə hallarla bağlı cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan BMT-nin İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Konvensiyasıa qoşulub və s.
Ümumiyyətlə fərdlərin hərəkətlərinin xalqlara, etnik qruplara, geniş əhali qruplarına aid edilməsi qeyri-tolerantlıqdır. Çoxmədəniyyətlilik bizim xalqın əsas naliyyətlərindədir. Sosial şəbəkədə xeyli ciddi adamların, o cümlədən media nümayəndələrinin, siyasətçilərin ksenofob xarakterli yazıları təssüf doğurur".
Sahib Məımmədov qeyd edib ki.bizim ölkə turizmin inkişaf etdiyi ölkələrdən deyil. Xarici ölkələrdə yaşayan soydaşlarımızın gəlib-getməsini nəzərə almasaq il ərzində turistlərin sayı heç milyona da çatmır:
"Dünyada elə şəhərlər var ki, ora gələn turistlərin sayı 30-40 milyon arasındadır. Həmin şəhərlərin əhalisi də narazılıq edir, hətta etiraz aksiyaları da keçirirlər. Amma çalışırlar ki, bu halda ksenofob şüarlara, çıxışlara yol verilməsin".
Süleyman