Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan daha 22 Boeing alacaq

Özbəkistan daha 22 Boeing alacaq


Özbəkistan Hava Yolları 14 ədəd Boeing 787-9 Dreamliner təyyarəsi almaq üçün Boeing ilə müqavilə imzalayıb.

Newscenter.az xəbər verir ki, müqaviləyə daha 8 təyyarə üçün opsion daxildir. Bu barədə “Özbəkistan Hava Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb.
Müqavilə üzrə ilkin tədarüklərin 2031-ci ildə başlanması gözlənilir.

ABŞ prezidenti Donald Tramp da özünün Truth sosial səhifəsində razılaşmanı alqışlayıb:
"Bu ayın əvvəlində mən Özbəkistanın Prezidenti, hörmətli Şavkat Mirziyoyev ilə danışdım. Bu gün Prezident Mirziyoyevi "Boeing" şirkəti ilə böyük müqavilənin imzalanması münasibətilə təbrik edirəm! "Uzbekistan Airways" 8 milyard dollardan çox qiymətə 22 787 Dreamliner alacaq. Bu, ABŞ-da 35 mindən çox iş yeri yaradacaq. Prezident Mirziyoyev sözünün adamıdır! Bu işdə bir çox məsələlərə diqqət yetirməyə davam edəcəyik",-deyə Tramp bildirib.

Yeni təyyarələr Özbəkistanı daha da Mərkəzi Asiya, Avropa, Şimali Amerika, Yaxın Şərq və Asiya-Sakit okean regionu ilə birləşdirəcək.

Anar Əliyev
Xəbəri paylaş