
Böyük Britaniyanın keçmiş baş naziri (1997-2007) Tony Blair İsrailin hərbi əməliyyatı başa çatdıqdan sonra Qəzza zolağında yaradılacaq beynəlxalq keçid idarəetmə orqanına rəhbərlik etməyə ümid edir.
Newscenter.az xəbər verir ki, bu barədə The Economist jurnalı məlumat yayıb .
Belə strukturun yaradılması ABŞ-ın yardımı ilə Tony Blair İnstitutunun (TBI) hazırladığı sülh planında nəzərdə tutulub. Bu idarəetmə orqanının “ali siyasi və qanuni orqan” kimi fəaliyyət göstərməsi üçün BMT-nin beş illik mandatının tələb olunacağı nəzərdə tutulur. Məqalədə deyilir ki, təsdiq olunarsa, Bleyer 25 nəfərlik katiblik tərəfindən dəstəklənəcək və Fələstin anklavının idarəçiliyinə nəzarət edəcək yeddi üzvdən ibarət şuraya sədrlik edəcək.
Mehman Mehdiyev










































