Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bəzi Avropa ölkələri Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdırlar

Bəzi Avropa ölkələri Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşıdırlar



Belçikadan sonra İtaliya və Fransa da dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsinə qarşı olduğunu bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, "Corriere della Sera" qəzeti belə bir iddia ilə çıxış edib.

Nəşr yazır ki, Rusiya aktivlərinin müsadirəsi Aİ banklarına inamı sarsıdacaq. Paris və Roma Rusiya aktivlərinin istifadəsini qanunsuz hesab edirlər.

Qeyd edək ki, oktyabrın 23-də Aİ-nin Brüsseldə keçirilən sammitinin iştirakçıları Rusiya aktivlərindən istifadə ilə bağlı razılığa gələ bilməyiblər. Belçikanın baş naziri Bart De Vever Rusiyanın suveren aktivlərindəki 210 milyard avronun dondurulduğu və Avropa Komissiyasının onlara həbs qoymağı planlaşdırdığını bildirib. O, bütün Aİ üzvlərindən ölkəsinin maliyyə risklərini tam şəkildə bölüşməsini tələb edib. Baş nazir xəbərdarlıq edib ki, Rusiya öz ərazisində və dost yurisdiksiyalarda Qərbin aktivlərini ələ keçirməklə cavab tədbirləri həyata keçirə bilər ki, bu da Moskvanı qalib edəcək.

Mehman Mehdiyev
Xəbəri paylaş