
Qazaxıstanda nəqliyyat və əmlak vergilərində dəyişikliklər edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, gələn il qüvvəyə minəcək yeni Vergi Məcəlləsinə əsasən, nəqliyyat və əmlak vergilərində bir sıra endirimlər nəzərdən keçirilir.
Əvvəlcə mühərrik həcmi 4 litrdən çox olan nəqliyyat vasitələrinin sahibləri üçün vergi dərəcəsi azaldılacaq. Əvvəllər 500 mindən 800 min təngəyə qədər ödəniş edən sürücülər indi təxminən 460 min təngə vergi ödəyəcəklər. Bundan əlavə, köhnəlmiş nəqliyyat vasitələri üçün endirimlər nəzərdə tutulur.
Xatırladaq ki, 2026-cı ildən etibarən müəssisələrə tətbiq olunan vergilərin sayı 20% azaldılacaq. Yeni Vergi Məcəlləsi vergi inzibatçılığının genişmiqyaslı sadələşdirilməsini nəzərdə tutur.
Mehman Mehdiyev










































