Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ürək fəaliyyətini yaxşılaşdıran qidalar hansılardır?

Ürək fəaliyyətini yaxşılaşdıran qidalar hansılardır?


Kardioloqlar ürək fəaliyyətini yaxşılaşdıran qidaları müəyyənləşdiriblər.

Newscenter.az xxəbər verir ki, "Today" qəzetinin məlumatına görə, xəstələrə gündəlik menyularına daha çox yulaf əzməsi, salat, yağsız protein mənbələri, qatıq, taxıl məhsulları, meyvə və tərəvəz daxil etməyi məsləhət görülür.

Bununla yanaşı zeytun yağından istifadənin məsləhətli olduğu bildirilir.

Zeytun yağının ürək sağlamlığı üçün faydalı olduğu qeyd edilir.

Dietoloqların fikrincə, zeytun yağı "pis" xolesterol səviyyəsini aşağı salmağa kömək edən doymamış yağlarla, eləcə də hüceyrələri zədələnmədən qoruyan antioksidanlarla zəngindir.

Zeytun yağı ağır emal olunmadığı üçün ən dadlı və ən qidalı sağlam yağlardan biri hesab olunur.

Mütəxəssislər gündə təxminən 2 xörək qaşığı yağ istehlak etməyi məsləhət görürlər.

Mehman Mehdiyev
Xəbəri paylaş