Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriya prezidenti Almaniyaya dəvət olundu

Suriya prezidenti Almaniyaya dəvət olundu


Almaniya kansleri Fridrix Merz suriyalı qaçqınların vətənlərinə qayıtması məsələsini müzakirə etmək üçün Suriyanın keçid hökumətinin prezidenti Əhməd əl-Şaraanı ölkəsinə dəvət edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Almaniyanın şimalındakı Şlezviq-Holşteyn əyalətinə səfəri zamanı kansler deyib:

“Mən Suriya prezidenti Əhməd əl-Şaraanı Almaniyaya dəvət etdim ki, bunu birlikdə necə həll edə bilərik. O, Suriyadakı vətəndaş müharibəsinin bitdiyini və heç kimin Almaniyadan sığınacaq istəməsi üçün heç bir səbəb olmadığını və buna görə də repatriasiyaya başlaya biləcəklərini vurğulayıb.

Merz, "Biz təbii ki, cinayətkarları da Suriyaya deportasiya etməyə davam edəcəyik. Plan budur. Daxili İşlər Naziri bunun üzərində işləyir", - deyə bildirib.

Mehman Mehdiyev
Xəbəri paylaş