Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ölkə rekord göstəriciyə nail oldu

Bu ölkə rekord göstəriciyə nail oldu


Monqolustanın valyuta ehtiyatları il ərzində 25,7% artaraq 5,9 milyard dollara çatıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu, ölkə tarixində rekord göstəricidir.

Məlumata görə, valyuta ehtiyatları 2024-cü ilin oktyabr ayının sonunda 4,7 milyard dollar təşkil edib. Onlar il ərzində bu göstərici 25,7% artıb. Təkcə son dörd ayda 700 milyon dollar artıb və 2025-ci ilin noyabr ayının əvvəlində tarixi maksimuma 5,9 milyard dollara çatıb. Bu artım ölkənin əsas ixracat resursunun satışından əldə edilən gəlirlər hesabına baş verib.

Qeyd edək ki, valyuta gəlirlərini artırmaq üçün 2025-ci ilin iyulunda Monqolustan baş naziri ən böyük dövlət şirkəti və əsas kömür ixracatçısı olan Erdenes Tavan Tolgoi-da üç aylıq xüsusi rejim tətbiq edib və hökumətin xüsusi nümayəndələrindən ibarət komanda təyin edib.

Nəticədə, kömür ixracı aylıq artaraq, sentyabr ayında rekord həddə - 3,2 milyon tona çatıb.

Anar Əliyev
Xəbəri paylaş