
Əfqanıstan Qəndəhar vilayətindən Rusiyaya ilk 50 ton alma ixrac edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Əfqanıstanın Kənd Təsərrüfatı
Nazirliyi məlumat yayıb.
Nazirliyin saytında verilən açıqlamaya görə, yerli Kanda Fruit şirkəti gələn il ərzində Rusiyaya təxminən 1000 ton alma və nar ixrac etməyi planlaşdırır.
2025-ci ilin sentyabrında Əfqanıstanın Moskvadakı səfiri Gül Həsən Şərq İqtisadi Forumunun ardınca Kabilin Moskva ilə Kənd Təsərrüfatı və Maliyyə nazirlikləri vasitəsilə müqavilələr bağlayacağını açıqlamışdı.
Mehman Mehdiyev











































