Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan Çin və Avropa arasında nəqliyyat axınını artırmaq üçün Pekinlə əməkdaşlığa başlayır

Gürcüstan Çin və Avropa arasında nəqliyyat axınını artırmaq üçün Pekinlə əməkdaşlığa başlayır


Gürcüstan Çin və Avropa arasında nəqliyyat axınını artırmaq üçün Pekinlə əməkdaşlığa hazır olduğunu bildirib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze Şanxayda 8-ci Çin Beynəlxalq İdxal Sərgisinin (CIIE) açılış mərasimində deyib.

Kobaxidze, ölkələr arasında yükdaşımalarda müsbət dinamikanı qeyd edib:

"2025-ci ilin yanvar-avqust ayları ərzində Çin və Gürcüstan arasında daşınan konteynerlərin sayı 71% artaraq 12 min ədədə çatıb. 2024-cü ildə daşınan yüklərin həcmi 2023-cü ilə nisbətən 15 dəfə çox olub. 2025-ci ilin ilk doqquz ayında Çin və Gürcüstan arasında ticarət dövriyyəsi 15% artım nümayiş etdirərək 1,65 milyard ABŞ dollarına çatıb",-deyə Kobaxidze vurğulayıb.

Anar Əliyev
Xəbəri paylaş