Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Türkiyə-Özbəkistan iqtisadi əməkdaşlığı imkanları” adlı konfrans keçirilib

“Türkiyə-Özbəkistan iqtisadi əməkdaşlığı imkanları” adlı konfrans keçirilib


Özbəkistanın Ankaradakı səfirliyi, Eko-Avrasiya Fondu və Türk Dünyası Vətəndaş Cəmiyyəti Əməkdaşlığı Birliyinin (TÜRKŞİT) birgə təşkilatçılığı ilə “Türkiyə-Özbəkistan iqtisadi əməkdaşlığı imkanları” adlı konfrans keçirilib.

Newscenter.az xəbər verir ki, bu barədə Eko-Avrasiya Fondunun İdarə Heyətinin sədri Hikmər Eren məlumat verib. Bildirib ki, Ankara Ticarət Palatasında keçirilən konfransda
Özbəkistanın son illərdə apardığı islahatlar, Türkiyə-Özbəkistan əlaqələri və mövcud iqtisadi və ticari potensialla əməkdaşlıq imkanları barədə ətraflı məlumat verilib.

Özbəkistanın Ankaradakı səfiri İlxom Xaydarov ticarət diplomatiyasının onun üçün vacib olduğunu diqqətə çatdıraraq, iş adamlarına əlindən gələn hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Xaydarov Türkiyənin enerji “hub”na çevrildiyini ifadə edərək, enerjinin inkişafına diqqət yetirdiklərini deyib.

Səfir müdafiə sənayesi, mis emalı və elektronika kimi yüksək texnologiya sahələrinin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Özbəkistanda yeni bazarlar yaratmaq imkanının olduğunu vurğulayan Xaydarov türk iş adamlarını Özbəkistana sərmayə qoymağa dəvət edib.

EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren qeyd edib ki, Türkiyə ilə Özbəkistan arasında əlaqələr təkcə rəmzi dostluq səviyyəsində deyil, ticarət, investisiya, enerji, nəqliyyat, kənd təsərrüfatı və texnologiya kimi bir çox sahələrdə konkret əməkdaşlıq yolu ilə dərinləşib.

Bu ilin birinci yarısında iki ölkə arasında ticarət həcminin 1,3 milyard dolları keçdiyini diqqətə çatdıran Eren deyib ki, Türkiyə 3,6 faizlik payla Özbəkistanın 4-cü ən böyük ticarət tərəfdaşı olub.

"Bizim ortaq məqsədimiz yaxın gələcəkdə bu həcmi 5 milyard dollara çatdırmaqdır”,-deyə Eren bildirib.

Bu prosesdə ən mühüm rolun iş adamlarının, investorların və özəl sektor nümayəndələrinin üzərinə düşdüyünü ifadə edən Eren,

“İstehsaldan ixraca, texnologiyadan logistikaya qədər hər sahədə yeni tərəfdaşlıqlar qurmaqla bu qardaşlığı gücləndirmək mövqeyindəyik. Ümid edirəm ki, bu görüş gələcəyə bir körpü olacaq. EkoAvrasiya Fondu və TÜRKSİT olaraq Türkiyə və Özbəkistan arasında iqtisadi, ticari və mədəni əməkdaşlığı bütün səviyyələrdə dəstəkləməyə davam edəcəyik",-deyə vurğulayıb.

TÜRKİT-in İdarə Heyətinin sədri Kemal Kurnaz da iki ölkənin münasibətlərinin həm siyasi, həm də iqtisadi ölçüdə son illərdə ən güclü dövrünü keçdiyini və onlara qalanın bu prosesi sürətləndirərək ən yüksək səviyyəyə çatdırmaq olduğunu bildirib.

Süleyman
Xəbəri paylaş