Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Konstitusiyası xalqımızın azadlıq, ədalət və tərəqqi rəmzidir

Azərbaycan Konstitusiyası xalqımızın azadlıq, ədalət və tərəqqi rəmzidir


“Müstəqil Azərbaycanın Ana Qanunun qəbulundan 30 il keçir. 30 il əvvəl Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış Konstitusiyamız 1995-ci il, noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Bu gün Azərbaycan dövlətinin müstəqil siyasət yürüdən, beynəlxalq arenada öz sözünü deyən, sabit və dinamik inkişaf edən bir ölkə kimi tanınması, onun dünyada söz sahibinə çevrilməsi, ardıcıl uğurlar əldə etməsinin hüquqi təməlində məhz 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dayanır”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili qeyd edib ki, Konstitusiyanın 30 illiyi ərəfəsində biz yalnız bir sənədin qəbul edilməsinin yubileyini deyil, eyni zamanda xalqımızın milli iradəsinin, hüquqi düşüncəsinin və dövlətə sədaqətinin bayramını qeyd edirik:

“Müstəqil Azərbaycanın Konstitusiyası xalqımızın azadlıq, ədalət və tərəqqi rəmzidir. Azərbaycan Respublikasının Konstitusiyası xalqın iradəsini ifadə edən ali hüquqi sənəddir. O, dövlətin idarəçiliyinin əsas prinsiplərini, insan və vətəndaş hüquq və azadlıqlarını, hakimiyyət bölgüsünü, ölkənin suverenliyini və dünyəvi inkişaf yolunu müəyyənləşdirir”.

Millət vəkili onu da bildirib ki, Konstitusiyanın qəbul edilməsi Azərbaycan dövlətçiliyinin formalaşmasında mühüm mərhələ idi:

“1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan, 1995-ci ildə öz müstəqil konstitusiyasını qəbul etməklə beynəlxalq aləmdə hüquqi və siyasi baxımdan tam müstəqil dövlət kimi təsdiq olundu”.

İlham Məmmədov Azərbaycan Konstitusiyasının ötən 39 ildəki inkişaf mərhələlərinə də diqqət çəkib. Bildirib ki, son 30 il ərzində Azərbaycan Konstitusiyası bir neçə dəfə dəyişikliklərə məruz qalıb:

“2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar nəticəsində zamanın tələblərinə uyğun hüquqi islahatlar həyata keçirilib. Bu dəyişikliklər ölkənin demokratik idarəçilik sisteminin təkmilləşdirilməsinə, vətəndaş cəmiyyətinin inkişafına, insan hüquqlarının daha dolğun təminatına xidmət edib”.


Süleyman
Xəbəri paylaş