Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn il 56 müasir metro vaqonu alınacaq

Gələn il 56 müasir metro vaqonu alınacaq


2026-cı ildə Özbəkistan 56 müasir metro vaqonu alacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Daşkənd Metropoliteni mətbuat xidməti məlumat verib.

Qurum metro nəqliyyat sistemində həyata keçirilən tədbirlər barədə də açıqlama verib. Bildirilib ki, 2021-ci ildə Daşkənd metrosu gündə təxminən 300 min sərnişinə xidmət göstərirdisə, bu gün bu rəqəm gündə 1 milyonu keçib.

Məlumatda qeyd olunur ki, son 40 ildə metroda stansiyaların sayı 29, ümumi uzunluğu isə 38 km olub. Son 6 ildə əlavə 33 km metro xətti və 21 yeni stansiya tikilib istifadəyə verilib.

Nəticədə stansiyaların sayı 50-yə, xətlərin uzunluğu isə 71 km-ə çatıb.

Süleyman
Xəbəri paylaş