
Rusiya istənilən vaxt Ukrayna ilə İstanbul danışıqlarına hazırdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov bildirib.
O deyib ki, lakin Kiyev əvvəlki təkliflərə cavab verməyib:
"Rusiya tərəfi dəfələrlə vurğuladı ki, biz Ukrayna tərəfi ilə, Ukrayna nümayəndə heyəti ilə birbaşa danışıqları davam etdirməyə hazırıq. Türkiyəli tərəfdaşlarımız da ardıcıl olaraq vurğulayırlar ki, İstanbul platforması bizim ixtiyarımızdadır; bu qapılar bizim üzümüzə açıqdır", - deyə o, bildirib.
Anar Əliyev












































