
Yaponiya Ukraynadakı vəziyyətlə bağlı hansı addımların sülhün bərqərar olması üçün təsirli olduğuna, eləcə də milli maraqlarına əsaslanaraq hərəkətə keçəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara Yaponiyanın Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
"Hökumət Ukraynada ədalətli və davamlı sülhün bərqərar olması üçün nəyin effektiv olduğunu, eləcə də Yaponiyanın milli maraqları nöqteyi-nəzərindən nəyin zəruri olduğunu hərtərəfli qiymətləndirərək buna uyğun hərəkət edəcək. Eyni zamanda, biz beynəlxalq ictimaiyyətlə, ilk növbədə, G7 ilə sıx əməkdaşlığı davam etdirəcəyik", - o deyib.
Bir neçə KİV-in xəbər verdiyi kimi, Böyük Britaniyanın Rusiyanın LNG daşınması üzrə sığorta xidmətlərinə qoyulan potensial qadağasının Saxalin-2 layihəsinə təsirinə gəlincə, Kihara qeyd edib ki, Tokio bu nəşrlərdən xəbərdardır, lakin hər bir belə hesabatı şərh etməkdən çəkinəcək. Yaponiyanın Mitsui və Mitsubishi şirkətləri Saxalin-2-də paya malikdirlər və dünyanın ən böyük LNG idxalçısı olan Yaponiya ümumi LNG alışının təxminən 9%-ni bu layihədən alır.
Anar Əliyev












































